Azərbaycan Respublikasi Təhsil Nazirliyi icon

Azərbaycan Respublikasi Təhsil Nazirliyi


2 чел. помогло.
страницы: 1   ...   8   9   10   11   12   13   14   15   ...   48
вернуться в начало

SUMMARY

In the paper general and national leader Heydar Aliyevs unlimited contributions in the development of science and education in Azerbaijan is spoken about.


Cavadova Yeganə


^ İNGiLİS DİLİNDƏ MƏKAN ONİLLİKLƏRİ VƏ

ONLARIN AZƏRBAYCAN DİLİNDƏ İFADƏSİ


Dünyanın siyasi xəritəsində yer alan müxtəlif dövlətlər arasındakı müna­sibətlər çağdaş dövrümüzdə yeni səciyyə alır. İndi beynəlxalq münasibətlərdə inteqrasiya daha böyük sürət almaqdadır. Beynəlxalq münasibətlərdə ümumi və ümumbəşəri maraqların ön plana çəkilməsi, şübhəsiz ki, xalqlar arasında əlaqələrin yaranmasına və inkişaf etməsinə, bu əlaqələrin coğrafiyasının yeniləş­məsinə təkan verir. Dünyanın siyasi xəritəsinin dəyişməsi dövlətlərarası, xalq­lararası əlaqələrə də təsir göstərmişdir. «Xalqlar arasında əlaqələrin yaranması və inkişafında dil həmişə həlledici amil kimi çıxış etmişdir. Dil əlaqələri ictimai səciyyə daşıyaraq iqtisadi, siyasi, mədəni, dini və bu kimi əlaqələr zəminində höküm sürür» (1,75).

Qeyd olunduğu kimi, dil əlaqələri iqtisadi, siyasi, mədəni və sair əlaqələrlə bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu suveren dövlətin beynəlxalq hüququn subyektinə çevrilməsi baş verdi. İndi Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənmişdir. Azərbaycan dili ilə Avropa dilləri arasında təmaslı əlaqə genişlənmişdir.

«Ölkəmizin istiqlaliyyət qazandığı ilk illərdə, xüsusən də müstəqil Azrəbaycan Respublikasının Konstitusiyasında dövlət dili elan olunmasından keçən bu son altı ildə ana dilimiz özümlü ictimai hadisə – ünsiyyət vasitəsi kimi böyük uğurlar əldə etsə də, problemlər də az olmadı. Yeni ictimai quruluş, siyasi mühit, iqtisadi şərait 70 ildə vərdiş etdiyimiz ictimai-siyasi-iqtisadi şəraitdən fərqləndiyinə görə dilimizin ictimai funksiyasında da bir sıra yeniliklər yarandı, dəyişikliklər baş verdi» (2, 34).

Müasir dövrdə elm, texnika, mədəniyyət və iqtisadiyyatın inkişafı elə bir səviyyəyə çatmışdır ki, dünyanın heç bir xalqı, deməli, heç bir dili başqaları ilə əlaqədə, kontaktda olmazsa, inkişaf edə bilməz. Bu isə istər yazılı, istərsə də şifahi – sinxron tərcümənin əhəmiyyətini görünməmiş dərəcədə yüksəldir. Beləliklə, dilçilikdə dil vasitələrinin ekvivalentliyi problemlərinin araşdırılması günün vacib məsələlərindən birinə çevrilir. Köməkçi nitq hissələrinin müxtəlif sistemli dillərdə struktur-semantik planda müqayisəli araşdırılması, onların oxşar və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi dilçiliyin aktual məsələlərindən biridir. Bu baxımdan önlük kimi qədim, orijinal və maraqlı, eyni zamanda aktual bir mövzu ilə bağlı hər hansı bir məsələnin məhz ingilis və Azərbaycan dillərinin materialları əsasında, müqayisəli-araşdırma metodu ilə elmi tədqiqinə ehtiyac hiss olunur.

Müasir ingilis dilində ismin və əvəzliyin hal kateqoriyası çox məhduddur. Ona görə də önlüklər ingilis dilində sözlər arasında əlaqə yaradan vasitə kimi çox böyük rol oynayır: cümlədə qrammatik cəhətdən bir-birindən asılı olan sözlər arasında əlaqə, əsasən, önlüklər vasitəsi ilə ifadə olunur.

Önlük obyektlər və ya obyektlə hərəkət arasında məkan, zaman, səbəb-məqsəd, zidiyyət və başqa münasibətləri əks etdirməyə xidmət edən köməkçi nitq hissəsidir. Önlüklər, bir tərəfdən, isimlərin, əvəzliklərin və ya isimləşmiş sifət və sayların vasitəli hal şəkilçiləri, digər tərəfdən, fel, isim, əvəzlik, sifət, hətta bəzən də zərflər arasındakı sintaktik əlaqələri ifadə edən bir qrammatik kateqoriyadır (3,3). Önlük dilin elə bir qrammatik kateqoriyasıdır ki, onlarsız nə yazı nə də şifahi nitqdə keçinmək olmaz.

Önlük özündən sonra gələn isim (əvəzlik) ilə birlikdə müəyyən bir məna ifadə edir. O, yalnız qoşulduğu söz və ya birləşmələrlə birlikdə cümlənin tərkibinə daxil olur və cümlə üzvünün ayrılmaz bir hissəsini təşkil edir.

Dildə daşıdığı qrammatik və semantik xüsusiyyətlərinə görə önlüklərlə qoşmalar arasında müəyyən oxşarlıq vardır. Önlüklər kimi qoşmalar da köməkçi nitq hissələrinin tərkibinə daxildir. Bu kateqoriyaya aid olan sözlər köməkçi vəzifə ifadə etmələrinə baxmayaraq dildə mühüm əhəmiyyət kəsb edir. Qoşmalarsız nə yazı, nə də şifahi nitqdə keçinmək mümkün deyil. Nitqdə onların atılması cümlə quruluşunun pozulmasına səbəb ola bilər. Türk dillərinə aid tədqiqat əsərlərində qoşmalar haqqında onları səciyyələndirən bir sıra fikirlər söylənmişdir.

Qoşmalar isimlərin, əvəzliklərin və ya substantivləşmiş fel, sifət və sayların vasitəli hal şəkilçiləri ilə fellər arasındakı sintaktik əlaqələri göstərən qrammatik kateqoriyadır (4,78).

F.Zeynalov qoşmalar haqqında yazır ki qoşmalar adlar və adlarla fellər arasında müxtəlif sintaktik münasibətləri əks etdirməyə xidmət edən bir kateqoriyadır. Bu kateqoriyaya daxil olan sözlər əsas nitq hissələrinin məzmununu bu və ya digər cəhətdən tamamlamağa, zənginləşdirməyə xidmət edir (5, 118).

İngilis dilində hər hansı bir önlüyün öz mənası vardır. Buna görə də tərcümə edən zaman bu məna çalarına, ekvivalentliyə diqqət yetirmək vacibdir.

İngilis dilində məkan bildirən önlüklər Azərbaycan dilində əsasən yönlük, yerlik və çıxışlıq halları vasitəsi ilə ifadə olunur ki, bu halları da M.Hüseynzadə «məkani hallır» qrupuna daxil edir (6,35).

Gerçəklik ünsürlərinin məkan əlaqəsindən danışarkən at önlüyündən isti­fa­də edilir. Bu önlük Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi ilə tərcümə edi­lir.

^ I had an early dinner at the Savage Club with Tarp Henry (Conan Doyl) «Tarp Henri ilə «Savic Klab»da birgə nahar edib başıma gəlmiş əhvalatı ona danışdım». At the theatre things passed as they had in Hurstwood’s favour (Dreiser Th.) «Teatrda hər şey Herstvud üçün əlverişli idi».

Müxtəlif coğrafi və inzibati yerlərin, şəhərin, ayrı-ayrı qəsəbələrin adı ilə at önlüyü də işlənə bilir.

I bought a ticket at Milan (E.Hemingway) «Mən Milanda bilet aldım». At the station I had expected to see the porters from the hotel but there was no one (E.Hemingway) «Vağzalda mən otellərdən olan komissionerləri görəcəyimi zənn edirdim, lakin onlardan biri də orada yox idi»

At önlüyü bir–birinə yaxın yerləşən, yaxud əlaqəsi olmayan müxtəlif pred­met­­lər­lə işlənir.

Two soliders sat at a table (E.Hemingway) «Stolun arxasında iki əsgər əyləşmişdi».

Əgər predmetlərin yaxın yerləşməsi göstərilirsə by önlüyündən istifadə edilir. Bu önlüyü də Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi ilə tərcümə olunur.

^ Catherine sat in a chair by the bed (E.Hemingway) «Ketrin çarpayının yanındakı kresloda oturmuşdu»

Predmet arasında yaxınlıq near önlüyü ilə ifadə olunur. Bu önlük Azərbay­can dilinə yaxında köməkçi sözü ilə tərcümə olunur.

A shell burst near the river (E.Hemingway) «Mərmi çayın yaxınlığında partladı»

Predmetlərin, hadisə və əşyaların müxtəlif səviyyədə yerləşməsini bildirən önlüklər: above, below.

^ Above önlüyü qədim ingilis dilindəki a – bufan zərf və önlükdən əmələ gəl­mişdir (7, 135). Above önlüyünün tərkibindəki uf ünsürü qədim ingilis dilin­dəki upp zərfinə yaxındır (8, 12). Bu önlük məkan məzmunu ifadə edən isimlərlə əlaqəyə girir və Azərbaycan dilində üzərində, üstündə köməkçi adları və zərf ilə ifadə olunur:

^ Above the rear – view miror over the windshield, there was a small fromed photograph of a girl dressed in academic cap and down (Y.D.Salinger) «Qabaq şüşənin yuxarısında güzgüdən azca qəbildə tələbə geyimli, başı papaqlı balaca bir qız şəkli peyda olmuşdu».

^ Below önlüyü qədim ingilis dilindəki be önlüyü və low sifətindən əmələ gəlmişdir (9, 73).

Below önlüyü bəzən mücərrəd məna daşıyan adlarla (isimlərlə) işlənsə də, əsas məkan bildirən isimlərlə əlaqəyə girir. Odur ki, biz bu önlüyü də «sırf məkan» məzmunu bildirən önlüklər qrupuna daxil edirik. Bu önlük bir əşyanın o biri əşyaya nisbətən aşağıda yerləşdiyini göstərmək üçün işlədilir və Azərbaycan dilində altında köməkçi adı və aşağıda zərfi ilə ifadə olunur.

^ The difficulty was – below the big Air Force yet were five airline flights (Hailey Arthur) «Bu asan iş deyildi, məsələ burasındaydı ki, nəhəng reaktiv hərbi təyyarədən aşağıda beş mülki təyyarə vardı» (Tərcümə Z.Ağayev). The car passed in the snow directly below him (E.Hemingway) «Maşın elə Anse­lmo­nun oturduğu yerin aşağısından, qarın arasından göründü».

Gerçəklik ünsürlərinin yerləşməsi: on, over, off, under, beneath, in, inside, outside, in front of, before, behind, beside, between, among, opposite, against.

On önlüyü ərazinin tərkib hissəsini təşkil edən predmet, əşya və hadisələrlə işlənir və Azərbaycan dilinə üst sözünün müxtəlif halları ilə tərcümə olunur.

He entered it and after looking under the doors to make sure the booth were empty, dropped the manual on the floor (İ.Levin) «Oğlan içəri keçib, balaca xanaların boşlu­ğu­na əmin olandan sonra əlindəki illik məlumat kitabçasını döşə­mənin üstünə atdı» (Tərcümə Z.Ağayev). Her hands, folded on the table, made no move to accept it (İ.Levin) «Qızın stol üstündəki əlləri onu tutmaq üçün hərəkət etmədi» (Tərcümə Z.Ağayev).

Over önlüyü göstərilən ərazidə yayılmış predmet, əşya və hadisələr üçün istifadə edilir, Azərbaycan dilinə ismin yönlük hal şəkilçisi ilə tərcümə olunur.

Last night we crossed the lines in the dark and all day we have carried this dynamite over the mountain (E.Hemingway) «Dünən gecə cəbhəni keçəndən sonra bütün günü bu kisələrlə dağa qalxmışıq». ^ He picked up valise, stepped over the ledge, and put the valise down again where it would be clear of the door’s swing (İ.Levin) «Oğ­lan çamadanı götürüb, beton çıxıntının üstündən adladı, onu qapı çərçivəsindən yerə qoydu» (Tərcümə Z.Ağayev). Off önlüyü ərazinin kənarında yerləşən isimlərlə işlənir.

^ The cottage was off the coast (Brian Abbs) «Koma sahilin kənarında idi».

Under önlüyündən predmetlərin aşağı tərəfini göstərmək üçün istifadə edilir, Azərbaycan dilinə alt köməkçi sözü vasitəsilə tərcümə olunur.

Under the table (stolun altında), under the tree «ağacın altında», under the bridge «körpünün altında.

Under the second officer’s table, behind Captain Harris and Demerest, a chime sounded loudly (Hailey Arthur) «Harrisin və Demerestin arxasında, ikinci pilo­tun stolu altında ratsiyanın çağırışı səsləndi». Under the archway of a bridge two little boys were lying in one another’s arms to try and keep themselves warm (O.Wilde) «Körpünün tağı altında iki balaca oğlan bir–birinin qoynuna girib qızınmağa çalışırdı». We walked on a way were stopped under a tree (E.Hemingway) «Biz bir qədər getdik və yenə ağacın altında dayandıq».

^ Beneath önlüyü bilavasitə predmetin aşağı səthini göstərir. Beneath önlüyü under önlüyünə nisbətən nadir hallarda işləni, Azərbaycan dilinə alt sözü ilə tər­cü­mə olunur.

Meanwhile, despite the heavy snow, there was still a pool of mud beneath the surface (Hailey Arthur) «Odur ki, qalın qar altında palçıq layı yaranmışdı».

In önlüyü predmet, əşya və hadisələrin müəyyən bir yerdə baş verməsini ifadə edir. Bu önlük həm mücərrəd, həm də konkret mənalarda işlənir. Önlük Azərbaycan dilinə ismin yerlik hal şəkilçisi vasitəsilə tərcümə olunur:

In the kitchen, Ellen adjusted the sighing gas flame under a pan of water (I.Levin) «Ellen mətbəxdə su qazançasının altında qazı yandırdı» (Tərcümə Z.Ağayev). ^ It was lousy in the park (J.D.Salinger) «Parkda parklıq qalmamışdı». Miss Barkley was sitting on a bench in the garden (E.Hemingway) «Miss Barkli bağdakı skamyada oturmuşdu».

Inside önlüyü müəyyən hallarda işləyir.

It was a quarter to six by the clock inside the bar (E.Hemingway) «Bardakı saat altıya on beş dəqiqə qaldığını göstərirdi». Inside his car, Mel Bakersfeld shivered (Hailey Arthur) «Maşının içində Mel Beykersfeld titrəyirdi» (Tərcümə Z.Ağayev). We took off our goddam skates went inside this bar (J.D.Salinger) «Andıra qalmış konkiləri ayağı­mız­dan çıxaran kimi özümüzü bara verdik».

^ Outside önlüyü müəyyən hüdudlardan kənarda yerləşən əşya adı bildirən sözlərlə işlənir.

After I had left the laboratory, I escaped into the country outside the town (Mary Shelley). «Laboratoriyanı tərk edəndən sonra mən şəhər kənarında yerləşən bir kəndə qaçdım». I got a cab outside the hotel (J.D.Salinger) «Mehmanxananın önündə taksi tutdum».

Around önlüyü ətrafda baş verən hadisə və əşya adlarını ifadə etmək üçün işlənir. Bu önlük əsasən məkan bildirən isimləplə əlaqəyə girir. İlk mənşəyi qə­dim ingilis dilində a (prefikc) qoşması və round sifətindən əmələ gəlmişdir

^ I went around the room, very quiet and all, looking at stuff for a while (J.D.Salinger) «Sakitcə otağı gəzdim, görüm nə var, nə yox».

In front of önlüyü Azərbaycan dilinə qarşısında sözü ilə tərcümə edilir.

They stopped for a moment in front of a door (E.L.Voynich) «Onlar bir anlıq qapının qabağında dayandılar».

Behind önlüyü qədim ingilis dilindəki zərf və önlük mənasında işlənən be – hindan sözündən əmələ gəlmişdir. Behind önlüyündəki hind ünsürü əvəzlikdən əmə­lə gəlsə də, qədim ingilis dilində hinder «arxada» – zərf mənasında işlən­miş­dir. Behind önlüyü bəzən mücərrəd mənada işlənsə də, əsasən, məkan mənasında işlənən isimlərlə əlaqəyə girir. Buna görə də behind önlüyü «sırf məkan» məz­mu­nu bildirən önlüklər qrupuna daxil edilir. Z.İ.Siniçkina da behind önlüyünün xalis məkan məzmununu göstərdiyi haqda öz mülahizələrini bildirir (10, 12). Behind önlüyü Azərbaycan dilində arxasında, dalında köməkçi adları ilə ifadə olunur.

Suddenly the sledge went behind a mountain of ice and disappeared (M.Shelley) «Birdən kirşə buz təpənin arxasında görünməz oldu». ^ Some time before daylight something took one of the baits that were behind him (E.Hemingway) «Dan sökülməzdən azca əvvəl arxa tərəfdəki kəndirdən biri tərpəndi».

Behind önlüyünün antonimi before, sinonimi isə after önlüyüdür.

Before önlüyü məkan bildirən isimlərlə əlaqəyə girdikdə, bir əşyanın o biri əşyadan əvvəl yerləşdiyini göstərir və Azərbaycan dilində qabağında, qarşısında köməkçi adları ilə ifadə olunur.

When the cab drew up before hotel, Cabriel jumped out (Jayce James) «Keb otelin qabağında dayanan kimi Qabriel sıçrayıb düşdü». ^ The carriage pulled up before the hotel (E.Hemingway) «Fayton otelin qarşısında dayandı».

After önlüyü bir əşyanın o biri əşyadan sonra gəldiyini bildirmək üçün işlədilir. Belə halda after önlüyü behind önlüyünün sinonimi olur. After önlüyü hərəkətdə olan əşyanın (və ya şəxsin) yerləşdiyi məsafəni bildirmək üçün də işlə­dilir. Bu önlük Azərbaycan dilində arxa, dalına köməkçi adları ilə ifadə olunur.

They looked after us (E.Hemingway) «Onlar bizim arxamızca baxdılar». I went after them (E.Hemingway) «Mən onların ardınca getdim». ^ He runs after us, a puffing, red – faced, irascible fiqure (M.Shelley) «Arxamızca qaçdığı üçün bərk tövşüyürdü».

By önlüyü ilk dəfə məkan məzmunu bildirən isimlərlə əlaqəyə girmişdir (8, 104). Bəziləri by önlüyünün be zərfindən əmələ gəldiyini söyləsə də bəzi dilçilər be prefiksindən (ön şəkilçidən) əmələ gəldiyini bildirir (9, 74). Bu önlük məkan məna­sında işləndikdə baş verən hadisənin həmin yerə yaxın məsafədə olduğunu göstərir və Azərbaycan dilində köməkçi ad və yönlük hal kimi ifadə olunur.

^ He sat by the packs and watched the old man climb the ledge (E.Hemingway) «O, çan­ta­ların yanında əyləşib qocanın qayaya necə dırmaşdığını seyr eləməyə başladı».

We sat down by the fire and he began to tell me his story (M.Shelley) «Biz ocağın qırağında əyləşdik, o, başına gələn əhvalatı nəql etməyə başladı». ^ As the light went off, he found his motorcycle in the dark by the door (E.Hemingway) «Qapı bağlananda o qaranlıqda qapının yanında motosikletini tapdı».

Beside önlüyü predmetlər və əşyaların yaxın məsafədə yerləşməsini göstərir və Azərbaycan dilinə boyu köməkçi sözü ilə tərcümə edilir.

Beside the road were mulberry trees (E.Hemingway) «Yolboyu tut ağacları əkilmişdi». ^ Closing the cover of the phonograph, he crossed the room and sat beside Marion on the blue – covered studio couch (I.Levin) «Fonoqrafın qapağını ör­tə­rək otaq boyu getdi və mavi örtüklü çaprayıda Marionun yanında oturdu» (Tərcümə Z.Ağayev) He went out leaving the five copper coins on the table beside the bed (E.Hemingway) «O, beş miss pulu çarpayının yanındakı stolun üstünə qoyaraq çıxdı».

Məkan önlüklərinin bir qismi Azərbaycan dilində qoşma və köməkçi ad vasi­təsi ilə ifadə olunsa da, məkani hallara uyğundur. Buna görə də biz ingilis dilində məkan bildirən önlüklərin qarşılığını, məkani hal kimi veririk. Deməli, ingilis dilində məkan bildirən önlüklər üçün Pr.+Noun, Pr.+Adverb tərkibləri, Azərbaycan dili üçün ad+hal şəkilçili tərkiblər (çox az hallarda isə ad+köməkçi ad) səciyyəvidir.


ƏDƏBİYYAT


  1. Məmmədov N.X. Dil əlaqələri probleminin tədqiq prinsipinə bir baxış. Türkologiya. Bakı, 2000, №1.

  2. Axundov A.A. Dilimizə dövlət qayğısı. Dirçəliş. XXI əsr. Bakı, 2001, №41.

  3. Bondarenko V.S. Predloqi sovremennom russkom əzıke. M., 1961. 75 str.

  4. Cəfərov S.Ə. Azərbaycan dilinin qoşmaları haqqında. Azərb.SSR Elmlər Akademiyasının Xəbərləri. №4, Bakı, 1956, s.75-99.

  5. Zeynalov F.R. Müasir türk dilçiliyində köməkçi nitq hissələri. Bakı, 1971, 312 s.

  6. Hüseynzadə M. Müasir Azərbaycan dili, morfologiya, I hissə, Bakı, 1983, 319 s.

  7. Smirnitskiy A.İ. Xrestomatiə po istorii anqliyskoqo əzıka. M.: İzd. lit.na inost.əz., 1953, 287 s.

  8. Aksenenko B.N. Predloqi anqliyskoqo əzıka, M., İzd. lit.na inost.əz., 1956, 320 s.

  9. Funk and Wagnalls. Standard Handbook Editorial Staff of Prepositions, Conjunctions, Relative Pronouns and Adverbs, New York, 1953, 941 p.

  10. Siniçkina L.İ. Sravnitelğnoe opisanie upotrebleniə predloqov pri oboz­na­çenie vremennıx otnoşeniy v proizvedeniəx Çosera, Şekspira i Qolsuorsi. Avtoref. dis. … kand.filol.nauk. M., 1947, 19 s.



РЕЗЮМЕ

V statğe qovoritsə o vajnosti əzıkovıx svəzey i v svəzi s gtim rassmatrivaötsə sposobı vırajeniə prostranstvennıx predloqov anqliyskoqo əzıka v azerbaydjanskom.


SUMMARY

This article deals with the importance of interrelation languages. Here the ways of translation of the preposition with the meaning of place into Azerbaijani have been analysed.


Джаванширова Нурлана

^ ВНЕШНЯЯ ПОЛИТИКА КАРАБАХСКОГО ХАНСТВА В КОНТЕКСТЕ УСИЛЕНИЯ РУССКОГО ПРОНИКНОВЕНИЯ НА ЮЖНЫЙ КАВКАЗ В НАЧАЛЕ 80-Х ГОДОВ XVIII ВЕКА


После признания Турцией независимости Крыма по условиям Кючюк-Кайнарджий­ско­го договора 1774 года активизировалась кавказская политика царизма. В это время в пра­вительственных кругах рассматривались всякого рода «прожекты», вроде потемкин­ских, о создании на Кавказе не зависящих ни от кого, кроме России, христианских го­су­дар­ств: Грузии, Армении и Албании.

«С отменною поспешностью» стали строить в казанском адмиралтействе три военных фре­­гата, которые «были препровождены в Астрахань». Ген.пор. А.В.Суворов также при­был в Астрахань в начале 1780 года и был назначен главнокомандующим войск. Нача­лась активная подготовка похода.

В осуществлении своих планов на Кавказе Россия большие надежды связывала с мест­ны­ми христианскими народами. Основная роль уделялась Картли-Кахетинскому царю Ирак­лию П и карабахским меликам. Первый уже давно лелеял мечту осуществить объ­е­ди­нение Грузии с помощью и под эгидой Российской империи. Ираклий добивался вклю­чения в свое государство азербайджанских земель - Гянджи, Ширвана, Шеки, Нахчывана, Иравана. Что касается карабахских меликов, то посредством своих покровителей – Иосифа Аргутинского, Ивана Лазарева, имевших большое влияние в российских пра­ви­­тельственных кругах, они пытались убедить русских в необходимости «восста­но­вле­ния» на территории Карабахского ханства никогда там не существовавшее Армянское государство. Идея о создании Албанского государства, так и оста­лась неведомым плодом потемкинского воображения.

Несмотря на авантюрность и непродуманность многих составляющих российской по­ли­ти­ки на Южном Кавказе, она все же представляла большую опасность для независи­мос­ти Азербайджана и, прежде всего, Карабахского ханства.

Карабахский Ибрагим хан начал действовать на опережение. Всего на несколько часов разминулось его письмо, написанное в марте 1783 года с просьбой о российском покровительстве, с рас­поряжением Г.С.Потемкина о низложении карабахского хана от 6 апреля 1783 года. Однако это письмо возымело большое действие. За идею о покровительстве ухватились командующий на Кавказе П.С.Потемкин и сама Екатерина П. 5 мая 1783 года Ека­терина на основании письма Ибрагим хана о покровительстве и донесения П.С. По­тем­­кина издала указ, что в отношении Ибрагим хана «есть ли в принятии его под рос­­сий­ское покровительство не встретится никакое затруднение или сомнительство», то мож­но было бы заключить с ним договор о подданстве, подобный тому, который предс­­тояло под­писать с Ираклием. Г.А.Потемкину пришлось дать распоряжение о при­ос­тановке ра­нее посланной реляции и задуматься о возможных вариантах осущес­тв­ле­ния нового плана. Начался длительный период обмена письмами и посланни­ка­ми, что да­ло Ибрагим хану возможность выиграть время, а по–существу, избежать собс­твенного низ­ло­­жения. Идея о покровительстве настолько увлекла российские круги, что весь пос­л­е­ду­ющий год они всяческими путями и методами: через Ираклия П, многочисленные послания, даже письма Аргутинского карабахскому мелику Шах­на­за­ру, старались склонить Ибрагим хана к заключению соглашения. Было очевидным, что реально мыслящие представители этих кругов предпочитали иметь дело не с горсткой (к этому времени из пяти карабахских меликов только двое продол­жа­ли сепаратистские действия против Ибрагим хана) правителей с сомнительными пол­но­мочиями и силами, а с одним из влиятельных ханов Азербайджана. Сам Аргу­тин­ский признавал, что «наше дело ослабло». Это был большой успех внешней политики Ибрагим хана.

Судя по действиям карабахского хана, он не торопился обременять себя условиями покровительственного договора. Под всякими предлогами – неясность формата буду­щих взаимоотношений, обязательств сторон и т.д. – он тянул время.

Ибрагим хан в этой мнимой политике поиска покровительства делал ставку на Ираклия П, как одного из самых влиятельных правителей Кавказа, так и поверенного империи на Кавказе, чему доказательством могут служить активная их переписка в 1782-1783 годах и многочисленные посольства к грузинскому двору. В это время Ирак­­лий П характеризовал грузино-карабахские отношения как дружественные и сделал много для укрепления положительного образа карабахского хана в глазах рос­сий­ского руководства, оттягивая тем самым момент «его низложения». В одном из писем П.Потемкину он заявлял, что в случае опасности для карабахского ханства, он вынужден будет выступить на стороне последнего как союзник согласно до­го­вору, заключенному между сторонами.

Большим испытанием для сторон стал Геор­ги­евский договор 1783 года, который очень усиливал позиции Ираклия на Кавказе и был опасен для азербайджанских ханов. Если в первое время после заключения до­го­вора от­но­шения между государствами продолжали быть, скорее всего, уже по инерции, хоро­ши­ми, то вскоре они стали натянутыми.

После 1783 года Ибрагим хан стал усиленно искать пути сближения с Османской им­пе­рией. Никогда еще Карабахское ханство не имело таких тесных связей с этой стра­ной. Турецкие эмиссары стали частыми гостями при дворе хана. Лейтмотивом этих пе­ре­гово­ров была идея создания мусульманского антирусского и антигрузинского сою­за. Турция обещала помощь в средствах и в случае необходимости послать войска. По распо­ря­же­нию султана даже был приведен в готовность Османский морской флот. Кара­бахский хан не исключал возможность военных действий против христианского союза. Поэтому еще одной стороной его внешней политики стало участие в организации военно-политического блока. На этой почве происходит сближение Карабахского ханства с Хой­ским, Шема­хин­ским, Ираванским и др. азербайджанскими ханствами.

Усиливаются связи с дагестанскими феодалами. Ибрагим хан вызвал в Шушу своего родственника Умма хана аварского с войском для укрепления своей крепости. К нему примкнули другие вли­я­тельные дагес­тан­ские феодалы.15 января 1784 года в письме к П.С.Потемкину Ираклий П писал, что «ныне Ибрагим хан шушинский пригласил к себе знатнейших из Дагестана и именно владельца Ханзана племянника уцмиева, шамхалова сына Джамейна, Али-Султана, несколько Андреевских и прочих народов, а из Дагестана и лезгин всего числом 8000 человек, которая и поднесь при нем в собрание находятся».

Согласно османским источникам антирусский союз с фор­мальной точ­ки зрения состоялся. Во всяком случае, так доносили османскому двору погранич­ные паши. Возможно, что в случае военных действий на Кавказе этот союз про­я­вил бы себя и фактически. Однако, избегая военных действий на Кавказе в начавшейся русско-турецкой войне, русские вывели отсюда свои войска.

Таким образом, опасность, нависшая над независимостью Карабахского ханства, была хоть и временно, но ликвидирована.


Cəfərli Məhərrəm


^ AŞIQ ƏDƏBİYYATINDA BUTA


İlk mifoloji eposlardan başlayaraq kişi-qadın münasibətlər kompleksi epik düşüncə başlanğıcında vardır. Əslində məhəbbət dastanlarının hazırkı strukturu özünün bütün semantik başlanğıcları ilə arxaik eposun strukturunda mövcuddur. “Qəhərəmancasına elçilik” motivində diqqət çəkən başlıca məqam qəhrəmanın öz sevgili-deyiklisinin ardınca getməsidir. Bu detal orta əsr məhəbbət dastanlarımızda “buta” motivi şəklində poetik kompleksə çevrilib. Məhəbbət dastanlarının buta vermə elementlərindən sonrakı süjetində düz sona qədər elə bir struktur elementi yoxdur ki, o arxaik dastanın sözügedən motivində olmasın. Arxaik dastanın “qəhrəmancasına elçilik” süjeti qəhrəmanın müxtəlif kəbin sınaqlarından çıxmasını və məhz bu sınaqlarla bağlı müxtəlif antoqonist personojlar sırası ilə qarşılaşmasını əhatə edir. Orta əsr məhəbbət dastanlarımızın da başlıca süjet xətti qəhrəmanın (aşiqin) öz butasına çatmaq üçün ən müxtəlif şərt və sınaqlardan (bu, “haqq aşığı” olmağın sübutu kimi simvollaşıb) çıxmasından ibarətdir.

Azərbaycan dastanları ilə genetik müstəvidə ortaqlığı olan Altay dastanlarının ən qədim dövrlərlə səsləşən süjetləri içərisində “qəhrəmancasına elçilik” mühüm yer tutur. Altay eposu mütəxəssisi S.S. Surazakov yazır ki, altaylıların qəhrəmanlıq eposunda kişi qəhrəmanın evlənmədiyi, qadın qəhrəmanın isə ərə getmədiyi əsər, demək olar ki, yoxdur. Qəhrəmanın evlənməsi mövzusunun kökləri çox qədimlərə - patriarxal tayfa quruluşunun təşəkkülü dövrünə gedib çıxır... (Altay eposunda – M.C.) qəhrəmanın evlənəcəyi qızı axtarmaqdan ötrü evdən çıxıb getməsi motivi məşhurdur... ancaq ən çox yayılmış mövzu qəhərmanın ona tale, fələk tərəfindən təyin edilmiş deyiklisi ilə mütləq evlənməsidir (2, s.54).

Beləliklə, məhəbbət dastanlarının süjet mahiyyətini təşkil edən qəhərmanın öz sevgilisinə qovuşmaq uğrunda mübarizəsi, yəni “qəhərmancasına elçilik” motivi öz genetik başlanğıcı etibarilə arxaik qəhrəmanlıq dastanlarından inkişaf edir.

Təqribən, XII əsrdən başlayaraq Azərbaycan dastançılığında bu motiv müstəqilləşməyə başlayır və məhəbbət dastanları ayrıca qol kimi qəhrəmanlıq dastanlarından diferensiasiya edərək müstəqilləşir. Bu proses “qəhərmancasına eıçilik” motivinin mürəkkəb aktivləşməsi şəklində baş verir. Başqa sözlə, məhəbbət dastanlarında bu motivin arxaik dastanlarındakı mifoloji kultlara bağlı nişanlı-deyikli-sevgili elementi “buta” elementinə çevrilir və “buta” elementi, əslində, məhəbbət dastanları ilə qəhrəmanlıq dastanları arasında başlıca poetik-semantik diferensiasiya əlaməti – işarəsi kimi çıxış edir. Bunun belə olduğu ondan görünür ki, məhəbbət dastanları yaranandan sonra belə qəhrəmanlıq dastanlarının “qəhrəmancasına elçilik” motivi öz fəaliyyətini bu mətnlərdə davam etdirir. Prosesin məhz belə olduğu, yəni qəhərmanlıq dastanlarından məhəbbət dastanlarına keçidin baş verməsi məşhur dastanşünas alimimiz M.H. Təhmasibin dəqiq müşahidəsindən də açıq görünür. O, məhəbbət dastanlarımızın bir qrupunu “məhəbbət dastanları ilə qəhrəmanlıq dastanı hüdudlarında dayanan dastanlar” adlandıraraq yazır ki, belə dastanlar bizdə çoxdur. Qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid mərhələsi təsiri bağışlayan bu əsərlərin xalq içərisində ən geniş yayılmışları aşağıdakılardır. “Şah İsmayıl - Gülzar”, “Novruz – Qəndab”, “Mehr - Mah”, “Tahir – Zöhrə”nin bəzi variantları, “Xurşid - Mehri”, “Lətif şah”, “Şahzadə Əbülfəz”, “Seyidi Pəri”, “Şahzadə Bəhram”, “Abbas - Dahadürüz”, “Dilsuz – Xəzangül”, “Məhəmməd – Güləndam”, “Sefəlmülk”, “Hicran - İnsan” və s. (1, s.180).

Prof. S. Paşayev diqqəti ozan-aşıq keçidinin uzun bir proses olduğuna cəlb edərək yazır ki, ozanla aşıq bir neçə əsr yanaşı yaşamış, müştərək fəaliyyət göstərmiş, bir-birinə təsir etmiş, nəhayət, aşığı yaradan tarixi-ictimai amillər gücləndikcə ozan aşığa çevrilmişdir (3, s.8-9).

Beləliklə, ozan-aşıq keçidi mühitin ictimai, siyasi, mədəni, mənəvi faktorlarının məhsulu sayılır ki, bu sırada ozan-aşıq yaradıcılığı ilə yazılı ədəbiyyatın qarşılıqlı münasibətləri də mühüm təsir kimi qeyd olunur. Akademik M.İbrahimov yazır ki, aşıq poeziyası “bir tərəfdən xalq yaradıcılığına bağlanmış, o biri tərəfdən yazılı ədəbiyyata. Həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirlə inkişaf etmişdir. Onun kökləri, rişələri folklordan, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə yazılı ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır” (4, s.12).

Göründüyü kimi, qəhərmanlıq dastanlarının bir qisminin məhəbbət dastanlarına transformasiyası çox geniş amillərlə şərtlənir. Qeyd etmək istərdik ki, burada təsəvvüf amili də mühüm rol oynayır. Ona görə ki, türk təsəvvüfçüləri islamı türklərin ana dilində yaymışlar və onlar bunun üçün ozan – aşıq sənətindən məharətlə istifadə etmişlər. Təsəvvüfi irfani cərəyanlarının çox sürətlə artması, təsəvvüfi dünyagörüşün mədəniyyətin, idrak və fəlsəfi düşüncənin başlıca laylarından biri olması yazılı ədəbiyyatı, o cümlədən aşıq sənətini çox güclü təsirə məruz qoydu. Bədii yazılı düçüncə özünün ədəbi obrazları olan Aşiq-Məşuq kompleksini yeni irfani düşüncə layından çox sürət və coşğunluqla keçirməyə başladı.Ədəbi obrazlar irfani dəyər daşımağa, məhəbbət ilahi məhəbbətin rəmzi kimi tərənnüm edilməyə başladı. Bu, aşıq sənətiində də belə oldu. Təsəvvüfi dünyagörüşün kütlələr içərisində aşıq sənəti vasitəsi ilə yayılması, o cümlədən təsəvvüfi-irfani düçüncənin aşıq sənətinə sürətlə nüfuzu ozanı aşığa çevirdi.

Qəhrəmanlıq dastanlarındakı “qəhrəmancasına elçilik” motivi süjet sistemi kimi məhəbbət dastanlarında buta elementlərinə transformasiya olunur. Buta məhəbbət dastanlarında formasından asılı olmayaraq, mütləq süjet hadisəsinə çevrilir və müxtəlif semantik qatlar şəklində qurulur. Bu mənada buta bir tərəfdən sevgilini bildirir, o biri tərəfdən Allahı simvolizə edən obrazdır, başqa tərəfdən dastan qəhrəmanının əldə etməyə çalışdığı dəyər – kosmik dəyərdir. Bütöv süjet butaya çatmaq şəklində qurulur. Haqqa aşiqlik butadan başlanır. Nə qədər ki, buta yoxdur, haqq aşiqi də yoxdur. Butavermə ilə qəhrəman “haqq aşiqi”nə çevrilir. Əgər bütöv mətn boyu qəhrəman özünün haqq aşığı olduğunu sübut etməyə çalışırsa, bu sübutda məqsəd butaya çatmaqdadır. Başqa sözlə, butaya qovuşmaq üçün “haqq aşığı” olmaq lazımdır. “Haqq aşığı” bir statusdursa, “buta” bu statusu şərtləndirir. Bu mənada buta bir simvol – semantem kimi səbəb, haqq aşıqlığı nəticə mövqeyindədir. Əslində, haqqa aşiqlik bir tərəfli – Allaha yönəlmiş epikpotensiyadır. Buta semantemi ilə həmin potensiya bitkinlik şəklini alır. Haqqa aşiqlik – buta (qəhrəman və sevgilisi).

Haqqa aşiqlik təsəvvüf davranışı kodudur. Yəni qəhrəman haqqa – Allaha aşiqdir. Onun aşıqlığı Tanrıdan gəlir. Buta isə həmin Tanrının birbaşa epik obrazıdır. Yəni burada məcazi planda görüntü obrazı olan Sevgili, təsəvvüfi-simvolik planda Allahın obrazı – butadır.

Məhəbbət dastanlarının Total Mətn işarəsi həm də haqqa aşiqlikdir və bu təsəvvüf davranış kodudur. Buta vahidi isə bir element kimi milli mədəniyyətin milli eposun öz faktıdır. Buta dastan mətninin ən arxetipik səviyyələrində arxaik formaları ilə mövcuddur. Butanın dastanda funksional dinamika, epik hərəkət, süjet məntiqi və s. əsası olması onu struktur-semantik müstəvidə mütləqləşdirməyi olur. Bu isə buta – qız, sevgili elementini həmin kompleks baxımından müəyyən semiotikliyə - işarəviliyə daxildir.

Məhəbbət dastanlarında butavermə qəhrəmanların bir-birinə buta verilməsindən yox, qəhrəmanların doğuluşundan başlanır. Bu baxımdan buta epik-semantik kompleksi indiyədək şərh olunduğu kimi, təkcə məhəbbət semantemi yox, eləcə də doğuluş semantemidir.

Məhəbbət dastanlarının süjet strukturu şərh olunarkən buta hadisənin doğuluş süjetindən sonra gəldiyi göstərilir. Bu, ilk baxışdan, doğrudan da, belədir. Çünki qəhərmanlar adi olmayan yolla (dərvişin və b. köməyi ilə) dünyaya gəlir, böyüyür və sonra onlar bir-birinə buta verilirlər. Biz isə bu qənaətdəyik ki, məhəbbət dastanlarında buta epik-semantik kompleksi təkcə butavermə motivi ilə məhdudlaşmır. Əslində, bu poetik kompleks dastanın strukturunu bütün diskret (semantik kəsiklər) istiqamətlərindən çevrələyir. Yəni buta kompleksi dastanın bütün inkişaf istiqamətlərində var. Bu mənada buta kompleksi dastanın strukturunu bütövlükdə əhatə edir. Məntiqi baxımdan buta kompleksinin başlanğıcı və sonu ilə dastanın süjet strukturunun başlanğıcı və sonu üst-üstə düşür. Yəni buta kompleksi dastanda doğuluş süjetindən başlanır.

Butavermə motivində Dərviş-Ağa-Şah Mərdan-İmam Əli qəhrəmanları bir-birinə buta verir. Doğuluş süjetində də qəhrəmanları bir övlad olaraq məhz həmin dərviş valideyinlərinə buta verir. Başqa sözlə, butavermə təkcə sevgi vermə, məhəbbət taleyi vermə deyil. Butavermə ümumiyyətlə, sakral qüvvələr tərəfindən müsbət dəyərin verilməsidir.

Hələlik dərviş kimi tanıdığımız bu obrazın dastan mətnində iştirakı axıradək davam edir. Çünki o, sakral dünyanın nümayəndəsidir. Dərvişin dastandakı iştirakının öyrənilməsi, əslində buta elementinin semantikasını aydınlaşdırmış olur. Sxematik planda nəzərdən keçirmə göstərir ki, dərviş oğlan və qızı valideyinlərinə buta verir. Butavermə motivində o, oğlan və qızı bir-birlərinə buta verir. Həmin dərviş qəhrəmanları ölümdən qurtarır, neçə günlük yolu onlara “bir göz qırpımında” qət etdirir.

Aşiqin qəlbini “İlahidən gələn sözlə” doldurur (onu deyişmələrdən qalib çıxarır) və nəhayət, onları bir-birnə qovuşdurur. Demək, buta epik-semantik kompleksi qəhərəmanların doğulmasından başlanır və butavermə elementi də içərisində olmaqla dastanın bütöv strukturunu əvvəldən sonadək çevrələyir. Bu mənada məhəbbət dastanlarının struktur işarəsi, doğurdan da, buta elementidir.

“Tahir-Zöhrə” dastanında butavermə motivi, yəni qızla oğlanın bir-birlərinə buta verilməsi yoxdur. Əslində bu, zahirən belədir və dastanın epik məntiqinin əsasında duran “haqq aşiqliyi” – təsəvvüfi davranış kodu burada butavermənin başqa forması ilə şərtlənir. Bu da öz növbəsində buta elementinə yeni gözlə baxmağa imkan verir. Doğuluş süjetində gördük ki, Tahir və Zöhrə hələ dünyaya gəlməmişdən qabaq valideyinlər tərəfindən bir-birinə ad edilir. Bu, göbəkkəsmədir. Yəni bunların bir-biri ilə evlənmələri üçün söz verilir. Həmin sözü pozmaq olmaz. Bu isə növbəsində göbəkkəsməni butavermənin həm dastan motivindəki variativ ekvivalenti, həm də onun gerçək əsası kimi qəbul etməyə imkan verir. Doğurdan da, həyatda butavermə olmur. Göbəkkəsmə isə var və göbəkkəsmə nişanlı olmaq ilahi təqdir kimi qəbul olunur. Sosial şüur onu təbii hadisə kimi qəbul edir və onun əleyhinə gedilməsini qeyri-təbiilik sayaraq qəbul etmir. Necə ki, bütün dastanlarda butalar, göbəkkəsmələr bir-birinə qovuşur (bəzi xüsusi semantikalı hallar istisna olunmaqla). Əmioğlu ilə əmiqızının kəbinin göylərdə kəsilməsi haqqında hətta bu gün belə şüurlarda yaşayan fikirlər göbəkkəsmə nişanlanmanın etnik-mədəni şüur tərəfindən butaverməyə bərabər tutduğunu göstərir. Bu isə hər iki halı eyni bir semantik sıraya salmaqla, onları eyni bir sakral fenomenin müxtəlif formalı təzahürləri kimi qəbul etməyə gətirir.

Butavermə motivi qəhərmanın doğuluşu motivindən ayrı təsəvvür olunmur. Əslində istər doğuluş, istərsə də butavermənin hər ikisi məhəbbət dastanlarında bir-biri ilə işarə baxımından bağlı motivlərdir. Onların əlaqəsinin məhz işarə səviyyəsində olması bu motivləri mətnin struktur tədqiqi baxımından semiotik vahidlər kimi nəzərdən keçirməyə imkan verir. Bunun belə olduğu ondan görünür ki, məhəbbət dastanlarının başlıca kütləsində əgər gələcək Aşiq-Məşuqların doğuluşu təsvir olunursa, onda onlar gəbəkkəsmə nişanlanırlar. Bu halda qəhrəmanların bir-birinə verilməsi olur. Beləliklə, doğuluşu və onunla bağlı göbəkkəsmə naişanlanmanın olub-olmaması butavermə motivinin olub-olmamasının işarəsi kimi çıxış edir.

Prof. M.Həkimov məhəbbət dastanlarımızdakı butavermə hadisəsinin yuxu ilə bağlı tərəflərini elmi şəkildə araşdırmağa cəhd etmiş və butanın fizioloji əsası olduğu qənaətinə gəlmişdir.

Türk alimi Umay Günayın aşıq şeri ənənlərində röya motivinə həsr olunmuş tədqiqatında qəhərmanların qeyri-adi mənəvi gücü, haqlı olaraq, haqq vergisi ilə əlaqələndirilir və aşiqlərin saz-söz, hikmət, müdriklik, hazırcavablıq qabiliyyətləri buta – haqq vergisinin ifadəsi kimi (buta elementinin dastanda ifadə - gerçəkləşəmə planı – M.C.) realizasiya olunur (50, s.49).

Butanın tarixi əskilərdən gəlir. Qəhrəmanın sevgilisi sakral dünyaya mənsub olur. Oğuzun arvadlarının heç birisi yer qızları deyildirlər. Eləcə də arxaik mətnlərdəki sevgili-qızların əksəriyyəti (xüsusilə sehirli nağıllarda) qeyri-adi qızlardır. Bu baxımdan arxaik mətnlərdəki sevgililər qəhrəmanların deyikliləridir. Bu deyikli-nişanlı sonralar məhz təsəvüfi-irfani zəmində buta-sevgiliyə çevrilir və bunun da əsasında haqq aşiqliyi durur. Məhəbbət dastanlarımızın əksəriyyətində Məşuqə obrazı təsəvvüfi təsəvvürlərdəki Məşuqə - Allahın təcəllası olan bir obrazdır.

Məhrum mifoloq M.Seyidov butanın ağacla bağlı semantikasını haqlı olaraq türk mifoloji mətinlərindəki dünya ağacı ilə əlaqələndirir. O yazır ki, butanın “qönçə”, “şüvül”. “şaxələnmə” mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır. Buta, əsasən, yazla bağlı qönçə, şaxələnmə, artımdır.

Göründüyü kimi, aşıq ədəbiyyatında buta geniş tədqiq prespektivlərinə malik bir sistemdir. Bu sistemdə aşığın haqq aşiqinə çevrilməsi bir çox mətləbləri simvolizə edir. Bizcə, aşığa, aşıq sənətinə müqəddəs kimi, Tanrı payı kimi baxılması da burada mühüm rol oynamışdır.


ƏDƏBİYYAT

  1. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972, 399 s.

  2. Суразаков С.С. Алтауский героический эрос. Москва: Наука, 1985, 255 с.

  3. Paşayev S. Azərbaycan folkloru və aşıq yaradıcılığı. Bakı: ADU nəşriyyatı, 1989, 87 s.

  4. İbrahimov M.Aşıq poeziyasında realizm. Bakı: Elm, 1966, 98 s.

  5. Umay Günay. Aşık Şiiri. Geleneyi və rüya Motivi. Ankara: 1993, 304 s.



Cəfərov Rafiq


^ TƏRCÜMƏ NƏZƏRİYYƏSİ VƏ FRANSIZ DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏNİN ƏSAS PRİNSİPLƏRİ


Azərbaycan dili Sami dillər qrupunun türk dilləri ailəsinə daxildir. Azərbay­can dilində Şimali Azərbaycan, İran dövlətinin cənubi Azərbaycan bölgəsi, Tür­ki­yə, İraq, Rusiya və dünyanın bir çox başqa ölkələrində danışırlar. Azərbaycan dili fransız dili ilə həmişə rus dili vasitəsilə ünsiyyətdə olmuş lazım olan sözləri də rus dili vasitəsilə alıb işlətmişdir. Ancaq sovetdən əvvəl və postsovet dövründən sonra da Fransa ilə Azərbaycan birbaşa əlaqədə olmuşdur. Azərbaycan müstəqillik dövründə Fran­sız dövləti və fransız xalqı ilə birbaşa əlaqədə olmuş, dil ünsiyyəti yaradılmış, Azərbaycan dilindən fransız dilinə və əksinə fransız dilindən Azərbaycan dilinə həyatın müxtəlif sahələrində – siyasi, mədəni, elmi-texniki, hərbi, məişət və s. sahələrdə tərcümələr olmuş və hal-hazırda indi də əməkdaşlıq davam etməkdədir. Tərcümə işi o qədər də asan olmasa da, hər halda bu sahədə gərgin iş gedir, kadrlar hazırlanır və səfirliklər səviyyəsində gediş-gəlişlər təşkil edilir.

Məlum olduğu kimi fransız dilindən və ya ümumiyyətlə hər hansı bir xarici dildən ana dilinə tərcümənin azad, sözbəsöz (hərfi), adekvat və bədii tərcümə kimi növləri vardır.

Azad tərcümə əsasən ana dilində xarici dildə yazılan mətnin əsas məzmunun xırda detallara varmadan nəql edilməsidir. Belə tərcümə daha tez başa düşüləndir. Azad tərcümənin əhəmiyyəti ondan ibarətdir ki, o mətnin ümumi məzmununu isti­qa­mətləndirilməsinə imkan verir. Praktikada azad tərcümə əsasən 3 formada özü­nü ifadə edir: a) şifahi şəkildə; b) yazılı şəkildə; c) daxili nitqdə.

Sözbəsöz tərcümədə fikrin cümlələrlə ifadə edilməsində hər bir sözün mənası və cümlənin ümumi məzmunu tərcümə olunur, ancaq bu prosesdə ana dilinin nor­ma­ları, xüsusilə də onun sintaksisi və idiomu pozulur. Fransız və Azərbaycan dil­lə­ri müxtəlif qütblərdə yerləşdiyi üçün sözbəsöz tərcümə heç də həmişə uğurla keç­mir, bunun üçün dil normalarına ciddi əməl edilməli və tərcümə ona xələl gətirmə­məlidir.

Ədəbi və ya adekvat tərcümə mətnin dəqiq və tam məzmununu verir və ana dilinin bütün normalarına uyğun gəlir. Bəzən təlimin yuxarı kurslarında texniki mətnin orijinaldan oxusu zamanı mətnin məzmunu və forması etibarilə adekvat tər­cümədən başqa, bədii-ədəbi tərcüməyə də müraciət edilir. Tərcümənin bu növü baş­qalarından onunla fərqlənir ki, o orijinaldakı mətnin daha incə stilistik nüans­larını oxucuya açıqlayır.

^ Tərcümədə düzgün söz seçimi. Tərcümə prosesinin elmi-tədqiqat araş­dır­ma­ları göstərmişdir ki, o ana dili ilə xarici dilin müqayisəsi əsasında yaranmış­dır, o iki dilin tutuşdurulması, xarici dildə ifadə olunan fikrin ana dilinə çev­ril­mə­si, xarici dil elementlərinin ana dili sözlərilə əvəzlənməsi və əsasən də düz­gün, uğurlu söz seçi­mi məsələsidir.

Fransız dilində elə leksik vahidlər vardır ki, Azərbaycan dilinə tərcümədə söz birləşmələri şəklində alınır.

Maraqlıdır ki, bu növ tərcümələr ən çox fellərə aid olur, lakin bu o demək de­yildir ki, başqa nitq hissələri burada passiv iştirak edir.

Fransız dilindən ana dilinə tərcümə prosesində sözün düzgün tapılması üçün uğurlu tərcümə axtarışında olan tərcüməçi zəngin söz ehtiyatına malik olmalı, ve­ril­miş sinonim sözlərdən mətnin məzmununa uyğun gələnini seçməli və daim ümu­mi fikrin qısa xülasəsini dinləyicilərə çatdırmağı bacarmalıdır.

Qeyd etmək lazımdır ki, tərcümə prosesində sərbəst söz seçimi sözün mahiy­yə­tində gerçəkliyin əks olunması və ifadə üsulu ilə sıx bağlıdır. Tərcüməçi hər han­sı bir mətni tərcümə edərkən hər bir leksik vahidə xüsusi fikir verməli, onun cüm­lə­də rolunu və məna xüsusiyyətini açıb göstərməlidir. Leksik vahid ola bilsin ki, bir cümlədə bir məna, başqa bir cümlədə isə başqa bir məna ifadə edir. Buna görə də, sözün bu çalarlarına tərcüməçi xüsusi fikir verməli və həmin leksik vahidin bütün məna xüsusiyyətlərini nəzərə almalıdır.

XX əsrin son illərində Respublikamızda bir sıra istedadlı tərcüməçilərin ən böyük xid­məti orji­nal­dan birbaşa tərcümədir. Bu tərcüməçilərdən biz V.Aslanovu, M.Süleymanovu, Z.Ağayevi, Ş.Zamanovu, Q.Bayramovu, C.Mustafayevi, Hamlet Qocayevi, mər­hum Ə.Rzanı, Ş.Xəlilovu və başqalarını göstərə bilərik. Bu tərcüməçi-alim və ya­zı­çı­larımız Avropa və Amerika yazıçı-şairlərinin əsərlərini dilimizə ustalıqla tərcümə etmişlər.

Vaqif Aslanov ingilis yazıçısı Mensiyulun “Parker nənənin həyatı” (1962), Manaf Süleymanov Cek Londonun “Tonqal”, R.Qurbanov L.Rinqin “Məhəbbət yu­vası”, Moem Somersetin “Dilənçi”, Z.Ağayev Kolduel Erskin “Yabanı çi­çək­lər”, Teodor Drayzerin “Qasırğa”, Ş.Xəlilov Ceyms Oldricin “Axırıncı düyün” əsərlərini və s. Azərbaycan dilinə tərcümə etmişlər.

Təəssüflə qeyd etmək lazımdır ki, bədii ədəbiyyatın tərcüməsi demək olar ki, birtərəfli olmuşdur, yəni tərcümələr başqa dillərdən Azərbaycan dilinə olmuşdur. Azərbaycan ədəbiyyatı incilərinin, Azərbaycan tarixi və mədəniyyətinə aid əsərlərin, elm və texnika sahəsində tanınmış alimlərimizin əsərlərinin xarici dillərə tərcüməsi isə çox az olmuşdur.

Son illər orjinaldan birbaşa Azərbaycan dilinə tərcümə olunmuş xarici bədii əsərlərə rast gəlmək olarsa, elmi-texniki ədəbiyyatın xarici dildən birbaşa Azərbaycan dilinə və ya əksinə, tərcüməsi yox dərəcəsindədir. Bunu sübut etmək üçün Respublikamızın qabaqcıl təhsil ocaqları olan Azərbaycan Neft Akademiyası, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetiniт dəqiq elmlər fakültəsinin və bir çox elmi-tədqiqat institutlarının elmin və tex­ni­kanın bu və ya digər sahələrinə aid elmi əsər, məqalə və mühazirələrin xarici dil­lərdən, əsasən, ingilis dilindən Azərbaycan dilinə və ya əksinə, tərcüməsi məsə­lə­ləri ilə maraq­lan­dıq. Məyusedici haldır ki, belə tərcümələr yox dərərcəsindədir. Qırmızı İmperiya illərində bütün elmi-texniki yazışmalar rus dilində olmuş, xarici mətbuatda elmi-texniki məqalələrlə çıxış edən, Azərbaycan alimləri rus dilində yazdıqları məqalələri ingilis və başqa Avropa dillərinə tərcümə etdirmiş və xaricdə çap etdirmişlər. Maraqlı cəhət budur ki, rus dilini mükəmməl bilməyən, ana dili Azərbaycan dili olan, orta və ali təhsili azərbaycanca alan mütəxəssis də ixtisas sahəsi üzrə hər hansı məqalə və ya hesabatı rus dilində yazmış və çap etdirmişdir.

Acınacaqlı haldır ki, respublikamizda elmi-texniki ədəbiyyatın Azərbaycan dilinə və əksinə tərcüməsi məsələsinə aid kiçik tezis və məqalələri nəzərə almasaq elə bir fundamental elmi-tədqiqat əsəri yoxdur. Bu sahə sovet tətbiqi dilçiliyində geniş tətbiq olunsa da Azərbaycan dilçi alimlərinin diqqət mərkəzindən kənarda qalmışdır. Düzdür, son dövrlərdə tərcümə məsələlərinə həsr olunmuş bəzi dis­ser­ta­si­yalar müdafiə olunmuşdur, amma, bu dissertasiyaların tədqiqat obyekti bədii əsər­lərin tərcüməsi məsələsi olmuşdur. Tərcümə nəzəriyyəsinin əsas məsələsi “tər­cümə mümkünlüyü” məsələsidir. “Tərcümə mümkünlüyü” dedikdə biz müəl­li­fin üslubunu saxlamaqla orjinalı tam dəqiqliklə bir dildən başqa bir dilə çevirmək kimi başa düşürük. Bir çox tanınmış xarici dilçilər belə tərcümənin mümkünlüyünə şübhə ilə yanaşırlar. Doğrudan da, hər bir dildə elə dil kateqoriyaları mövcuddur ki, onları başqa dildə tapmaq mümkün deyil. Bu, orjinalı tərcümə dilinə dəqiq və düzgün çevirməyə çətinlik törədir və belə hala nadir hallarda təsadüf olunur.

Tərcümə təcrübəsi dəfələrlə sübut etmişdir ki, onun məzmunu və xarak­terin­dən asılı olmayaraq, istənilən elmi-texniki ədəbiyyatın bir dildən başqa dilə də­qiq­liklə tərcümə etmək mümkündür. Tam tərcümə dəqiqliyinə nail olmaq üçün tərcü­mə­çi qarşısında aşağıdakı tələbləri qoymalıdır:

- orjinal mətndə bəhs olunan fikir və mövzu ilə ətraflı tanışlıq;

- ana dili ilə müqayisədə orjinalın dilinə, onun leksik-qrammatik xüsusiy­yət­lə­ri­nə kifayət qədər yaxşı bələd olmaq;

- tərcümə nəzəriyyəsinin əsaslarına, tərcümə texnikasına yaxşı bələd olmaq və onlardan istifadə etmək bacarığına malik olmaq;

  • həm xarici, həm də ana dilində elmi-texniki funksional üslubun xarakter və əlaməti haqda tam təsəvvürə malik olmaq;

  • həm xarici, həm də ana dilində qəbul olunmuş şərti işarələrlə, ixtisarlarla, ölçü və çəki vahidləri ilə və s. yaxından tanış olmaq;

  • ana dilini yaxşı bilmək və terminlərdən düzgün istifadə etmək.

Lakin tərcümənin ictimai təyinatı obyektiv olaraq mövcuddur, yəni tərcü­mə­çi­nin arzu və istəyindən asılı olmayaraq mövcuddur. O, sifarişçi
və istehsalçı istəyindən asılı deyildir. Tərcümə ictimai şüurda elə bir formada «yurd» salmışdır ki, cəmiyyət onun necə olması, hansı səviyyədə olması barədə təsəvvürlər toplusuna malikdir.

İyirminci yüzilliyin ortalarında dilçilər tərcüməyə və tərcüməçilik fəaliyyətinə elmi-nəzəri münasibətlərini kökündən dəyişməyə başlamış və sahəni sistemli şəkildə öyrənməyə cəhd göstərmişlər. Bu, həmin illərə təsadüf edirdi ki, artıq ikinci dünya müharibəsi qurtarmışdır və dinc quruculuq illərində Qərbi və Şərqi Avropa ölkələrində, keçmiş sovetlər birliyində hər sahədə bərpa işləri aparılırdı və tərcüməçilik fəaliyyətinə geniş ehtiyac var idi və siyasi-iqtisadi, kütləvi, ticarət, elmi-texniki ədəbiyyatların tərcümə olunması və yayılması ön plana çəkilirdi. Belə bir zamanda tərcümə olunan müəllifin fərdi üslubuna bir o qədər də fikir veril­mirdi. Bu, bir növ nəşriyyatları, sifarişçi təşkilatları maraqlandırmırdı. Buna görə də ədəbiyyatda, kütləvi informasiya vasitələrində müxtəlif dillərdən daxil olmuş külli miqlarda gəlmə söz və ifadələr yaranırdı onların obyekt dildə qar­şılıqları, izahları verilmirdi. Bu da ayrı-ayrı fəaliyyət sahələrində çalışan mütəxəssislər, tədqiqatçılar və ümumiyyətlə, geniş kütlə üçün problemlər yaradırdı. O zamandan dilçilər və tərcümə problemləri ilə məşğul olan nəzəriyyəçilər belə qənaətə gəldilər ki, tərcümənin əsas çətinlikləri və ümumiyyətlə, tərcümə fəaliyyətinin təbiətindəki problemlər sürətlə artır və bu, hər şeydən əvvəl, tərcümə olunan dilin quruluşu və üslub qaydaları ilə şərtlənən vəzifələrdən irəli gəlir. Bu demək olar ki, indi də möv­cuddur və ictimai-siyasi proseslərin axarında, dünyanın dəyişkənlik lərzəsindən «xumarlanan» kütləvi ədəbiyyatda və mətbuat vasitələrində işlənən müxtəlif dil­lər­dən keçmiş söz və ifadələr, terminlər və bütöv tərcümə materialları oxu­cularda, məqsədli auditoriyalarda dolaşıqlıq yaradır, bu yazıları oxuduqca düşünürsən: əcnəbi dilin söz və ifadələrinin ana dilimizdəki münasibət ekvivalentləri ola-ola nə üçün bunlardan istifadə olunmur.

Səbəblərdən biri tərcümə və tərcüməçilik fəaliyyətinə qeyri-peşəkar münasi­bətin adiləşməsidir.

Məlumdur ki, müxtəlif dillərdə müxtəlif semantik sistemlər var və şübhəsiz, bu faktın özü tərcümə zamanı çoxsaylı çətinliklərin meydana gəlməsi mənbəyidir. Hər şeydən öncə, yeni termin-sözlərin tərcüməsi zamanı ümumi qəbul olunmuş aşağıdakı çətinliklər yaranır.

 leksik çətinliklər; bu zaman mənbə dildən gələn bir çox dil vahidlərinin tərcümə olunan dildə (obyekt dildə) müvafiq ekvivalentləri olmur;

 üslub çətinlikləri; elə söz və ifadələr, söz birləşmələri olur ki, onların tər­cü­mə olunan dildə hər hansı bir variantla ifadə edilməsi məhdudlaşır. Sözün düşdüyü vəziyyət onun çalarlarını tapmağı çətinləşdirir.

 qrammatik çətinliklər; tərcümədə bəzən dillərdən birinin bu və ya digər qrammatik vasitəsi olmur.

Əlbəttə, tərcümənin predmeti konkret mətn və nitqdir. Tərcümə zamanı müt­ləq mənbə dildə ifadə olunan söz və ifadənin, yaxud mətnin mənasını başa düşmək lazımdır. Bu zaman tərcümə olunan söz və ifadələr, mətnlər semantik itkilərə mə­ruz qala bilərlər, lakin çalışmaq lazımdır ki, bu minimum həddə olsun. Tərcümənin ən müvafiq variantları seçilib istifadə edilməlidir.

Əlbəttə, konkret halda ingilis dilindəki söz və ifadələrin, terminlərin yüz faizlik ekvivalentlərini vermək də mümkün deyil.

Tərcümə zamanı ekvivalentlərin düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir və bu, tərcümənin ən çətin vəzifələrindən biri hesab olunur.

Məlumdur ki, hər bir canlı dil daim dəyişir, inkişaf edir və dilin ən çevik dəyişən komponenti isə onun lüğət tərkibidir. Dəyişkənliyə və dinamikliyə hər şeydən öncə dilin leksikası həssasdır. Əsasən kütləvi informasiya vasitələrinin leksikasında son onilliklərdə yaranmış yeni söz və ifadələrin, söz birləşmələrinin tərcümə edilərək alınması prosesi çox mürəkkəbdir. Xüsusilə ingilis dili vasitəsilə dilimizin lüğət tərkibinə keçmiş yeni alınmaların başa düşülməsinin rolunu danmaq olmaz. Lakin burada yeni alınma termin-sözlərlə neologizmləri qarışdırmaq olmaz. «Neologizm» anlayışı barədə dilçilik ədəbiyyatlarında kifayət qədər məlumatlar olduğundan biz yeni alınmalarla neologizmlərin fərqinin nədən ibarət olmasına qısaca nəzər salaq.

Ümumiyyətlə, «neologizm» anlayışının təhlil edilməsi zamanı müxtəlif fi­kir­li tədqiqatçıların baxışlarını ümumiləşdirsək, belə bir əsas nəticəyə gəlmək olar: «neologizm» termini o vaxt işlədilir ki, dildə yeni söz meydana gəlsin və bu yeni söz dil materialları əsasında dildə artıq mövcud olan sözdüzəltmə və söz birləşmələrinin yaradılma modellərinə tam uyğun gəlsin. Yeni yaranmış bu sözlər əvvəllər məlum olmayan, yeni məna kəsb edən, anlayış kimi işlənməyən predmetlərdən, elm sahələrindən, məşğuliyyət növlərindən, ixtisas növlərindən və s. biri olsun. Bu zaman «neologizm»lərdən daşnışmaq olar.

Qeyd edək ki, əvəz edilməsi və yaxud tərcümə edilməsi mümkün olmayan ye­ni söz və ifadələr fəal surətdə dilin lüğət tərkibinə daxil olur. Bu növ sözlər daha çox el­mi-texniki üslubda meydana gəlir, siyasi-mədəni nitqdə, habelə şifahi danışıq dilində də yaranır.

Yeni alınma söz və söz birləşmələri ilə neologizmləri fərqləndirmək üçün me­yarların müəyyən edilməsi çətindir, buna görə də subyektiv meyarların müəyyən edilməsindən danışmaq olar. Əslində əcnəbi dildən gələn bütün neologizmlər həm də alınmalar hesab olunmalıdır.

Beləliklə, həm neologizmlərin, həm də ingilis mənşəli termin-sözlərin tər­cümə edilməsində əsas çətinliklərdən biri – alınma termin-sözün yeni anlayış kimi, yəni neologizm kimi başa düşülməsi, ikincisi - gəlmə termin-sözün yeni məna­sı­nın, yeni çalarlarının izahı və yaxud anlamıdır. Əslində tərcüməçiyə anlamı bəlli olan alınma termin-sözün tərcüməsi sadədir, bu vəzifə həmin termin-sözün mono­semantik təbiətini müəyyənləşdirdikdən sonra asanlıqla həyata keçirilir.

Son zamanlar cəmiyyətimizdə baş verən demokratik dəyişikliklər, ayrı-ayrı milli dillərə, o cümlədən Azərbaycan dilinə dövlət statusu verilməsi, xarici ölkə­lər­lə yeni iqtisadi, texniki, elmi ədəbi əlaqələrin yaranması, respublikamızın xarici ölkələrlə birbaşa müqavilələr bağlaması, yeni birgə müəssisələrin və ticarət əla­qə­lə­rinin yaranmacı və s. belə düşünməyə əsas verir ki, elmin, texnikanın müxtəlif sahələrinə aid ədəbiyyatın xarici dilə tərcüməsinə böyük ehtiyac yaranır. Bu tərcümələr elmi-texniki mübadiləni qüvvətləndirməklə, ayrı-ayrı sahələrdə aparılan axtarışlar və alınan nəticələr lüzumsuz təkrarlanmalar qarşısını almaqla yanaşı, eyni zamanda, bir sıra dilçilik problemlərinin həll olunmasına da imkan yaradır.

Elmi-texniki ədəbiyyatın Azərbaycan dilinə və əksinə tərcüməsi məsələlərini kiçik bir məqalədə əhatə etmək mümkün deyildir. Güman edirik ki, gələcəkdə elmi-texniki tərcümə nəzəriyyəsinə və məsələlərinə həsr olunmuş, dərin məzmunlu elmi-tədqiqat əsərləri yaranacaqdır.


ƏDƏBİYYAT:

  1. Cəfərov S.Ə., Qarayev A.H., Cəfərova G.Ə.: “Avropa mənşəli sözlərin qısa lü­ğəti”. Bakı, “Maarif”, 1981, 78 s.

  2. Azərbaycan dilinin izahlı lü­ğəti. Prof. Ağamusa Axundovun redaktəsi ilə. AMEA Nəsimi adına Dilçilik İnstitutu, I c., Bakı, “Çıraq”, 1997, 452 s.

  3. Рахшанлы Р., Ренкин А., Докузакская Л. Русско-англо-азер­байджан­ский сло­варь финансово-экономических терминов. Баку, Мутарджим, 1997, 318с.

  4. Рахшанлы Р., Гейбуллаев Г., Нураддинов М. Русско-англо-азер­бай­джан­­ский сло­варь финансиста, экономиста и бизнесмена (около 1800 слов и выражений). Баку, Мутарджим, 2001, 440 с.

  5. Современный словарь иностранных слов. М. русский язык. 1993. 682 с.


РЕЗЮМЕ


В статье рассматриваются теория перевода и некоторые аспекты пе­ре­вода с французского на азербайджанский язык.


SUMMARY


The article deals with the teory some asixets translation from French to Azerbaijani.


Dadaş-zadə Aqşin

^ AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİN İNKİŞAFINDA

MİLLİ DRAMATURGİYANIN ROLU

(XX ƏSRİN 20-30-cu İLLƏRİNDƏ AZƏRBAYCAN DRAMATURQLARININ

ƏSƏRLƏRİNDƏ MİLLİ XARAKTERİN YENİ TİPLƏRİ TİMSALINDA)

Azərbaycançılıq məfkurəsinin inkişafında və yeni çalarlar əldə etməsində milli dramaturgiyanın son dərəcə önəmli rolu olmuşdur. Dramaturgiyamızın xalqın özünü dərk etməsində və maariflənməsində, habelə milli hissiyyatın oyanmasında yerinə yetirdiyi tarixi missiya, zənnimizcə, hələ kifayət qədər araşdırılmamışdır. Tədqiqata ehtiyacı olan problemlərdən biri də səhnə üçün yazılan əsərlərdə etnik özünəməxsusluğun təzahürü olan milli tiplərin təhlili ilə bağlıdır.

Müxtəlif illərdə qələmə alınan dramlar milli və fərdi xüsusiyyətlərə, fərdi koloritə malik personajlarla zəngin olmuşdur. Ayrı-ayrı hallarda bu keyfiyyətlərin ümumiləşdirici qüvvəsi surətlərin tipiklik dərəcəsinə yetişməsi ilə nəticələnmişdir. Məsələn, M.F.Axundzadənin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, C.Cabbarlının bəzi qəhrəmanları həmin qəbildəndir. Bu sənətkarlar özlərinin fitri istedadı, qüvvətli müşahidə qabiliyyəti, gördüklərini ustalıqla ümumiləşdirib ifadə etmək bacarığı hesabına dramaturgiyamızı əsaslı surətdə zənginləşdirmiş obrazlar yaratmağa müvəffəq olmuşlar. Halbuki belə surətlərin yalnız dramaturgiyaya məxsus tələblərə uyğun olaraq qələmə alınması, onların səhnə şəraitində həqiqi mənada canlandırılması heç də asan bir vəzifə olmamışdır.

Nəzəri-tənqidi fikir səhnə qəhrəmanının simasında konkret, aydın, şərtilik çərçivəsi daxilində olsa belə, anlaşıqlı obrazının yaradılmasını tələb edir. Klassisizm estetikasının bu ölməz qanunu XIX-XX əsr ədəbiyyatı üçün qismən köhnəlmiş səciyyə daşısa da, Azərbaycan dramaturgiyasında artıq bir qədər yeni sənət meyarları baxımından belə bir mahiranə dramaturji bacarığı mülayim təbiətli maarifpərvər Fəxrəddinin (“Müsibəti-Fəxrəddin”), bəzən anarxizmə qapılan, lakin mövcudluğa məhkum olduğu mühit içərisində bəlkə də yeganə mümkün davranış modeli—passiv mübarizə üsulundan istifadə edən İsgəndərin (“Ölülər”), qəlbi böyük ideallarla döyünən, eyni zamanda ciddi tərəddüdə qapılan Aydının (“Aydın”), istedadı və mənəvi qüvvəsinin potensialı ilə nəhəng işlər görməyə hazır olan, amma həyatın acı sınaqlarından keçərək son nəticə etibarilə bir fərd kimi bəlkə də yanlış qərar qəbul edən Oqtayın (“Oqtay Eloğlu”) hərtərəfli, insanın hiss və ən başlıcası, şüurunu təlatümə gətirən obrazlarını işləmiş sənətkarların miras qoyub getdiyi bədii irsdə tapmaq olar.

İlk nəzərdə C.Cabbarlının “Sevil” pyesinin baş qəhrəmanı ikili təsir bağışlayır. Yəni əsərin əvvəlindəki Sevillə son pərdədəki Sevilin davranışı, danışıq və ilk növbədə düşüncə tərzi arasında böyük bir uçurum hiss olunur. Lakin bu heç də o demək deyil ki, bu qadın qəhrəman təbii ağıl və dərrakənin daşıyıcısı olmayaraq, həmin xüsusiyyətləri həyatının sonrakı mərhələsində, yəni həddən ziyadə böyük çətinliklərlə üzləşdiyi bir dövrdə əldə etmiş və mexaniki surətdə möhkəmləndirmişdir. Əsərin digər personajı Balaş isə tarixi-siyasi hadisələrin özünəməxsus inkişafı və dönüşünün nəticəsi olaraq ictimai həyatda qəflətən yüksəlmiş bir şəxsdir. Belələrinə istənilən tarixi şəraitdə və quruluşda rast gəlmək mümkündür. Balaşın bədbəxtliyi yalnız milli və əxlaqi keyfiyyətlərdən məhrum olması ilə bağlı deyil. Onun əsas qüsuru “yüksəliş”inin müvəqqəti səciyyə daşıdığını anlamaması və bu müvəqqətilik limiti çərçivəsində saysız-hesabsız səhvlər buraxması, mənən getdikcə daha da cılızlaşması ilə şərtlənir. Cəmiyyətin inkişafını ləngidən, öz həyat prinsipləri, əslində isə prinsipsizliyi ilə onun çürüməsinə, mənasızlaşmasına xidmət edən Balaş və balaşkimilərin istənilən zaman kəsiyində, o cümlədən dramın əks etdirdiyi dövrdə mövcud olmasını nəzərə alaraq, Cabbarlının həmin qəhrəmanının simasında tipiklik əlamətlərini aşkarlamaq olar. Eyni fikri az və ya çox dərəcədə ona qarşı qəti əks cəbhədə dayanan, həyat prinsiplərinə görə onun tam əksi olan Gülüş haqqında da demək olar. Gülüşü xarakter bütövlüyü, reallığı dəqiq qiymətləndirmək bacarığı, məqsəd aydınlığı və qətiyyət xarakterizə edir. Dramaturgiyamızın əvvəlki mərhələlərində bu tipli qadın obrazının olmaması vaxtilə Gülüşlə əlaqədar böyük maraq və qızğın mübahisələr doğurmuş, tənqidi fikir onun haqqında haçalanmış mülahizələr ifadə etmişdir. Bu, ona görə baş vermişdir ki, Gülüş mənəvi zənginliyinə görə dramaturqun ona qədər yaratdığı yalnız qadın obrazlarından deyil, bir çox kişi surətlərindən də fərqlənir. Məsələn, Aydın və Oqtaydakı tərəddüdlər, cəmiyyətdən küskünlük, hamletçilik əhvali-ruhiyyəsi bu qızın simasında yox dərəcəsindədir. İradəsiz və zəif Bəhramla (“Solğun çiçəklər”) Gülüş arasında isə yer-göy qədər fərq vardır. Cabbarlı bir yazıçı kimi öz niyyətinə çatmaqdan ötrü bir ailə daxilində, yəni bir atanın övladları arasında kəskin dərəcədə təzadlı həyat mövqelərini əks etdirməkdən çəkinmir. Balaşla bacısı arasında qütbləşmə müxtəlif ideologiyaların toqquşması, ölüm-dirim mübarizəsi təsiri oyadır ki, bu da XX əsrin 20-30-cu illərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərlə üst-üstə düşür.

Polad iradə, konkret məqsəd, yüksək inadkarlıq və mənəvi təmizlik kimi keyfiyyətləri biz “Almas” pyesinin baş qəhrəmanında görürük. Həyata Gülüş kimi fəal mövqedən yanaşan, hər cür seyrçiliyi, konformizmi, tərəddüdü qəti surətdə rədd edən Almas milli dramaturgiyamızın ən mübariz obrazlarından biridir. Əgər Gülüş kəskin ictimai-siyasi təbəddülat ərəfəsində olan Azərbaycan reallığının ilk canlı nümayəndələrindən biri idisə, Almas artıq dəyişməkdə olan reallığı şəxsi fəaliyyəti ilə formalaşdıran konkret bir şəxsdir. Cabbarlı bu qəhrəmanının timsalında qarşıya qoyulan məqsədin böyüklüyünə, mütləqliyinə inam yaratmaqdan ötrü güclü bədii ifadə vasitələri tapa bilmişdir. Dramaturq yeni dövrün barışmaz və mətin qəhrəmanını meydana gətirmək üçün həmin dövrdə baş verən hadisələrin mahiyyətini yaxşı dərk etmiş, onların yaxın perspektivdə inkişafını düzgün müəyyənləşdirmiş və özünün həyat müşahidələrini tətbiq edərək zamanın xarakterik bir qəhrəmanını yaratmışdır.

C.Cabbarlı reallığa çox yaxın olan canlı insan surətləri qələmə almaqda xüsusi istedada malik idi. Onun ən pozitiv səciyyəli qəhrəmanları belə hər şeydən əvvəl canlı fərd olmaq etibarilə ayrı-ayrı çatışmazlıqlara malik idilər ki, bu da onların bədii təcəssümünü daha realistik, inandırıcı məcraya yönəldirdi. Bu səbəbdən sənətkarın bəzi qəhrəmanlarını “ruporçuluq”da, “plakatçılıq”da ittiham edən tənqidçilər də, onun ümumən xarakter yaratmaq səriştəsini qiymətlən­di­rir­dilər.

Sirr deyil ki, pyesin müsbət qəhrəmanı nə qədər əzəmətli yaradılsa da, ona müqabil mənfi tip, yaxud tiplərlə üzləşdirilmədikdə, öz böyüklüyünü, təsir gücünü itirir. Ona görə də bacarıqlı qələm sahibləri dramaturji cəhətdən müvəffəqiyyət qazanmaq üçün mənfi qəhrəmanların xarakterini də ciddi müşahidə obyektinə çevirmiş, neqativ səciyyə daşıyan fərdlərin psixologiyasını və bu psixologiyadan irəli gələn davranışını diqqətlə öyrənmiş, seçmə tipləri məhz onların xarakterinə və həyat məramnaməsinə uyğun tipik situasiyalarda təqdim etmişlər. Məsələn, “Almas” pyesində olduqca maraqlı, ilk gəlişindən, hərəkətindən və sözündən əbədi olaraq hafizələrə həkk olunan bir surət vardır—Hacı Əhməd. Qərbi Avropa dramaturgiyasını yaxşı bilən müəllif ona həmin ədəbiyyatdan tanış olan orijinal mənfi tiplərə ekvivalent səciyyə daşıyan milli bir obraz yuaratmağa çalışmış və buna ustalıqla nail olmuşdur. Olduqca ehtiyatlı, hiyləgər, hadisələrin gedişini yaxşı duyan Hacı Əhməd Cabbarlı qələminin qüdrəti ilə dramaturgiyamızda ən orijinal bədii obrazlardan birinə çevrilmişdir.

C.Cabbarlı dramaturgiyasının əsas fərqləndirici cəhətlərindən biri ondan ibarətdir ki, onun qəhrəmanlarının, demək olar ki, hamısı müəyyən ideya, əqidə adamıdır. Hətta Aydın kimi mütərəddid bir obraz da kifayət qədər dumanlı da olsa, müəyyən bir ideyaya qulluq etmək arzusundadır.

Pyesdən pyesə daha da ciddiləşən, yeni həyat təcrübəsi qazanan, qarşısında böyük məqsədlər qoyub onları yerinə yetirmək qabiliyyətini cilalayan Cabbarlı qəhrəmanları ayrı-ayrı hallarda bəzi ortaq cəhətləri olan, lakin eyni zamanda sırf fərdi, konseptual mahiyyəti ilə fəqlənən cizgiləri ilə həm milli dramaturgiyamıza, həm də ümumən Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmiş, onun sonrakı inkişaf yollarını cızmışdır. Ədəbi tənqidin ümumi rəyinə görə, ədəbiyyatımızda obraz yaratmaq sarıdan Cabbarlıya bərabər çox az sənətkar olmuşdur.

Dramaturgiyamızda müxtəlif planlı, təzadlı xarakterlər yaratmaq bacarığı ilə məşhurlaşan ədiblərimizdən biri də Səməd Vurğundur. Onun mənzum dram­larında ayrı-ayrı tarixi dövrlərin və zümrələrin incə poetik dildə danışan, obrazlı ifadələr işlədən, yüksək amallar uğrunda çarpışan nümayəndələrini görə bilirik. Bu cəhətdən “Vaqif” əsəri S.Vurğunun dramaturji yaradıcılığında əhəmiyyətli yer tutur. Onun burada qaldırdığı və ifadə etdiyi milli-vətənpərvərlik və qəhrəmanlıq ideyası C.Cabbarlının “Od gəlini” ilə səsləşir. Dramın baş qəhrəmanı olan Vaqif özünün bütün mahiyyəti, daşıdığı və yerinə yetirdiyi funksiya etibarilə monumentallığa yaxındır. Bu qəhrəman nə edirsə, xalqı üçün edir. Onun hər bir addımı doğma el-obanın inkişafı və tərəqqisinə yönəlmişdir. Qeyd etmək lazımdır ki, gərgin zehni və mənəvi fəaliyyət, hər an özünə çıxış yolu axtaran güclü emosiyalar, ideya, məfkurə çarpışmaları “Vaqif” dramının əksər personajlarına xas olan əlamətlərdir. Bütövlükdə spesifik xalq ruhu ilə fərqlənən bu əsər müxtəlif səpgili qəhrəmanların cazibəli, mükəmməl obrazları ilə zəngindir. Biri digərini üzvi surətdə tamamlayan, yaxud ümumi dramaturji gərginlik və inkişaf naminə ziddiyyətli kolliziyalara səbəb olan müxtəlif həyat mövqeli personajların uğurla bir-birinə qarşı qoyulması pyesin müəllifə məxsus ilk dram təcrübəsi olmasına dair şübhə oyatsa da, bunun bir fakt olması şairin böyük yaradıcılıq imkanlarını bir daha vurğulayır.

Beləliklə, qısa icmalımızdan aydın olduğu kimi, keçən əsrin 20-30-cu illərində Azərbaycan dramaturqlarının pyeslərində real həyatdan alınmış və inandırıcı bədii vasitələr sistemi ilə canlandırılmış müxtəlif səciyyəli qəhrə­manların yeni tipləri müşahidə olunur ki, bunlar da milli ədəbiyyatda keyfiyyət dəyişikliklərini müəyyənləşdirir. Bir ictimai-siyasi formasiyanın digəri ilə əvəz edilməsi təbii psixoloji, sosial və iqtisadi təbəddülata səbəb olmuş, adət etdiyimiz zəmində böyümüş ədəbi qəhrəmanların səciyyəsinə yeni çalarlar qatmış, onların mənəvi potensialını fərqli şəkildə ortaya qoymuşdur. Bu zaman etnik “bünövrə”nin spesifik xüsusiyyətləri heç də arxa plana keçməmişdir. Haqqında bəhs etdiyimiz dövrün ədəbi-bədii irsi ilk növbədə məhz bu cəhətinə görə qiymətlidir.


РЕЗЮМЕ

В статье анализируется влияние драматургии 20-30-х годов прошлого столетия на формирование национального самосознания посредством создаваемых ею типов и образов. Особое внимание уделено проявлению новых черт в характере драматических героев, явившихся следствием кардинальных изменений в социально-политическом укладе азербайджанского общества.


SUMMARY

In the article is analysed influence of dramaturgy of 20-30’s of last century on formation of national self-consciousness, with the help of creation types and characters. The special attention is paid to demonstration of new features in the character of dramatic heroes, which were result of great changes happened in social-political system of Azeri society of that period.


Eyüp Zengin


^ HAYDAR ALİYEV DÖNEMİ AZERNBAYCAN EKONOMİSİ


Geçiş ekonomilerinin tümünde görüldüğü gibi, Azerbaycan’da da dönüşüm sürecinin başlangıç döneminde Gayri Safi Milli Hasılada büyük düşüşler, fiyatlarda yüksek dalgalanmalar olmuştur. Üretim faktörlerinin yeniden dağılımı, istikrar politikaları ve yapısal reformlara bağlı olarak ortaya çıkan bu gelişmelerin yanısıra, bölgesel politik, askeri ve ekonomik gelişmeler dönüşüm sürecinin başlangıcında oldukça etkili olmuşlardır(Karaca, 2009).

Bağımsızlık sonrasında Türk Cumhuriyetleri’ndeki ekonomik yapıyı incelediğimizde karşımıza çarpıcı gelişmeler çıkmaktadır. Siyasi bağımsızlığın getirdiği coşku, Türk Cumhuriyetleri’nde kısa bir süre içinde yerini ekonomik bağımsızlığın elde edilmesi çabasına bırakmıştır. Ancak bu ülkeler, büyük enerji ve tarımsal üretim potansiyeline sahip olmalarına rağmen bu potansiyeli hayata geçirememiş ve böylece serbest piyasa ekonomisine geçişleri de yavaşlamıştır. Özellikle enerji potansiyellerinin uluslararası piyasalara nakli konusunda Rusya Federasyonu’na bağımlılıklarının devam etmesi, ekonomik bağımsızlığını elde etmelerini daha da zorlaştırmaktadır. Ayrıca gerek enerjinin uluslararası piyasalara taşınması gerekse de tarımsal üretimi artırmak için gerekli olan kısa ve orta vadede başta finansman olmak üzere, teknoloji, yönetici sınıf, kalifiye iş gücü gibi ihtiyaçları karşılamada sorunlarla karşılaşmaları ekonomik bağımsızlıklarını elde etme sürecini etkilemektedir(Alagöz vd. 2009).

1991 yılında bağımsız Azerbaycan Cumhuriyetinin kurulmasıyla SSCB’den kalma ekonomik yapı tamamen çökmüştür. Bu dönemde ülkenin karşı karşıya bulunduğu sorunların çeşitliliği ülkeyi sosyo ekonomik bir buhrana götürmüştür. Bunun nedeninin SSCB’nin kendine bağlı olan ülkelere kurdurduğu ekonomik yapıda aranması gerekmektedir. Şöyle ki, Birlik içindeki ülkelerin çoğu ekonomik yapı olarak bir birine bağlı hale getirilmiştir. Kaynakların bulunduğu ülkeyle bu kaynakları ürüne dönüştüren müesseselerin bulunduğu ülke farklı olmuştur. Bazen nihai ürünün elde edilmesi birkaç ülkenin beraber çalışmasıyla ortaya çıkmıştır. Bütün bunların nedeni ise söz konusu ülkelerin bağımsızlık elde etme düşüncelerini ortadan kaldırmaya yönelik olmuştur. Çünkü böyle bir ekonomik yapıda bağımsızlık düşüncesinde olacak herhangi bir ülkenin ekonomik olarak bir çöküş içine gireceğini gözönüne alması gerekmektedir(Aras, 2005; 5-29: Aras, 2003; 196-200: İsmailov, 2007; 105).

Haydar Aliyev (1923–2003) Sovyet Sonrası Kafkasya’daki en karizmatik önderlerden birisi olarak tarih sahnesinde yerini almıştır. Çağdaş Azerbaycan’ın en azından 10 yılı (daha sonraki dönem de elbette) Haydar Aliyev ve politikaları ile şekillenmiştir. Bağımsızlığın ilk yıllarında Ermenilerce işgal edilen Karabağ topraklarında yaşanan sorunlar nedeniyle sıkıntılı bir dönem yaşayan Azerbaycan’da siyasal istikrarsızlığın Aliyev’in Cumhurbaşkanı seçilmesi ile önemli ölçüde azaldığı görülmüştür. Bu aynı zamanda ülkenin uluslar arası ekonomik sisteme entegrasyonu açısından oldukça parlak gelişmelerin yaşandığı dönemdir. Karabağ probleminin çözümünde önemli bir mesafe alınamamış olmasına rağmen Aliyev dönemi, dış ekonomik ilişkilerin hızla geliştiği ve Azerbaycan’ın uluslar arası arenada önemli bir aktör haline geldiği dönemdir(Dikkaya, 2009).

1991 yılında SSCB dağıldıktan sonra 18 Ekim 1991’de bağımsız Azerbaycan Cumhuriyeti kurulmuştur. Bağımsızlığın ilk yıllarında çok önemli boyutlara varan ekonomik krizle karşı karşıya kalan Azerbaycan ekonomisi tüm yönleri itibariyle bir buhran dönemi geçirmiştir. Kısa zaman diliminde ülke ekonomisi yüksek oranlı bir küçülmeyle karşı karşıya kalmış, üretim olanakları azalmış, ürün kıtlığından dolayı hiper enflasyonla karşı karşıya kalmış ve bunun yanı sıra bağımsızlığını kazanmakla beraber topraklarının %20’sinin işgaliyle sonuçlanan Ermenistan savaşıyla iç siyasi buhran, iç savaş tehlikesi ve siyasi istikrarsızlık gibi zorluklarla karşılaşmıştır(İsmailov, 2007; 104).

Bu dönemde, Sovyet yıllarından kalan yerli üretim ağlarının kopması ve ekonomik dönüşümün maliyetini düşürmek açısından anlamlı sayılabilecek yabancı yatırım ortamının gelişememiş olması nedeniyle ekonomik performans oldukça düşük düzeyde seyretmiştir. Üstelik Sovyet Azerbaycan’ı döneminde reformlar açısından parlak bir performans ortaya çıkmamış, merkezi planlamanın yönlendirdiği dev ve verimsiz işletmelerle rehabiliteye muhtaç bir alt yapı miras olarak devralınmıştır. Dağlık Karabağ etrafında devam eden anlaşmazlığın, Azerbaycan için hem insan kaybı hem de ciddi anlamda ekonomik bir kayıp oluşturmuş olması da denkleme dâhil edilince, ilk yılların ne denli sancılı geçtiği daha net olarak gözlemlenebilir(Dikkaya ve Çaylak, 2008; 134).

Bağımsızlığın ilk 4 senesinde sıralanan ekonomik ve siyasal istikrarsızlık sorunlarıyla uğraşan Azerbaycan, 1995’ten itibaren önce siyasal istikrar yakalamış ve buna bağlı olarak ekonomik sorunlara zamanla çözüm üretebilme olanaklarını elde etmiştir. Bu dönemde elde edilen Ermenistan’la savaşta ateşkes anlaşması, uluslararası kurumlarla işbirliği süreci ve devreye giren petrol anlaşmaları Azerbaycan’ın karşı karşıya bulunduğu ekonomik krizi atlatmasına destek olmuştur(İsmailov, 2007; 104).

Elde edilen ekonomik ve siyasal istikrarı, makro ekonomik göstergelerdeki pozitif değişiklikler izlemiş, ülkede ekonomik büyüme süreci başlamıştır. Zamanla ülkede ekonomik büyüme hızı artarak devam etmiştir. Özellikle imzalanan petrol anlaşmalarına bağlı olarak son yıllarda ekonominin elde ettiği finansal kaynaklar ülke ekonomisinin kalkınma yönünde izleyeceği yöntem konusunda tartışmaların ortaya çıkmasına neden olmuştur(İsmailov, 2007; 105).

Sovyetler Birliği’nin dağılmasından sonra 1991 yılında bağımsızlığını ilan eden Azerbaycan, planlı ekonomiden pazar ekonomisine geçiş sürecinde Ermenistan’la olan savaşın da etkisiyle ciddi sıkıntılarla karşı karşıya kalmıştır. Bağımsızlığının ilk yıllarında makro ekonomik dengelerinde ciddi bozulmalar meydana gelen ülkenin milli geliri düşmüş ve enflasyon oranı yüksek rakamlara ulaşmıştır. Bütün bunların sonucunda 1991-1994 döneminde GSYH’si % 58 oranında küçülen Azerbaycan ekonomisi, 1994’teki ateşkesten sonra bir toparlanma sürecine girmiş ve yaşadığı ekonomik sıkıntıları atlatmayı başarmıştır. Diğer yandan, 1996 tarihinden itibaren pozitif büyüme sürecine giren ve bunu devam ettiren ülke, 2004 yılında % 10,4, 2005 yılında % 26,2, 2006 yılında ise % 34,5 oranında büyüme göstererek dünyanın en hızlı büyüyen ekonomilerinden biri olmuştur(Şekerci, 2009).

Aliyev iktidarının Azerbaycan’da siyasî istikrarın sağlanmasında önemli faktörlerden birisi olduğu ve 1995’te Aliyev’in ağırlığını koymasıyla hazırlanan “Azerbaycan Anayasası”nın bu istikrarın kurulmasında büyük bir paya sahip olduğu belirtilmelidir(Dikkaya ve Çaylak, 2008; 154).

Haydar Aliyev, Sovyet sonrası Azerbaycan’da siyasi istikrara paralel olarak ekonomik istikrarın da sağlanmasında, uluslararası sistemle bütünleşmenin tesis edilmesinde aracılık rolü oynayan en önemli figür olarak algılanabilir. Türkmenistan örneğinde Türkmenbaşı’nın Türklerin çağdaş atası olma misyonunu taşıma iddiası, Azerbaycan’da Aliyev faktörüyle paralellik arz etmektedir. Diğer taraftan Türkiye ve Azerbaycan’ın büyük ölçüde benzer yönlere sahip olmasının Türkiye’de Atatürk, Azerbaycan’da Aliyev eşleşmesini fiiliyata geçirdiği görülmektedir. Aliyev’in, diğer Orta Asyalı akraba devlet başkanlarının söylemlerine benzer şekilde hayatta iken sıkça dile getirdiği ve Türkiye ile yakınlığı ifade eden “Bir millet, iki devlet” yaklaşımı Türkiye vizyonundaki açıklığı göstermiştir(Dikkaya ve Çaylak, 2008; 153).

Bir siyasal önder olarak, ülkesinin geleceğini Batı’da ve Batı tipi demokrasi ve piyasa ekonomisi kurumlarının inşasında gören Aliyev, Rusya’ya bağımlılığı azaltan başta BTC olmak üzere her tür alternatif projeyi hararetle destekleyerek Azerbaycan’ın ekonomik ve politik geleceğine yönelik sağlam bir temel inşa etmeye çalışmıştır. Ülkede demokratik kural ve kurumların özgürce işlemesi konusunda, Sovyet mirasının etkileri çokça hissediliyor olmasına rağmen, sağlam bir demokrasinin kurulmasından ziyade ülkenin cari ihtiyaçlarının karşılanmasının şimdilik daha acil olduğu görülmektedir. Ekonomik refahın genişlemesine paralel olarak demokratikleşme sorunları da önemli oranda azalacak, kaynakların dağılımında fırsat eşitliğinin daha çok sağlandığı görülecektir(Dikkaya veÇaylak, 2008; 154).

Aslında Azerbaycan’ın Aliyev öncülüğünde gerçekleştirdiği ekonomik performans, ülkenin altyapı ve imkânları düşünüldüğünde kaçınılmaz olarak ortaya çıkabilecek bir gelişme sayılmalıdır. Aliyev’i bu denklemde önemli hale getiren “karizmatik kişiliği” ve uluslararası dengeleri ve ülke içi dengeleri okuyabilme yeteneğine sahip olmasıdır. Karabağ sorunu yakın gelecekte “sorun” olmaktan çıkarılabilir. Bu çerçevede Azerbaycan’ın uluslararası ekonomik ve politik geleceği Azerbaycanlıların dünya kamuoyunu ve özellikle de müttefik ülkeleri yanlarına alarak işbirliği yapabilmelerine bağlı olarak ortaya çıkacaktır. Bütün pozitif ve negatif yönleri dikkate alınarak yapılacak bir değerlendirmede sonuç ne olursa olsun, Haydar Aliyev ülkesinin sosyo-ekonomik ve politik dönüşümünde ve uluslar arası sistemle bütünleşmesinde kilit bir simge olarak, vefatından sonra da varlığını sürdürecektir(Dikkaya ve Çaylak, 2008; 154).

Aslında Azerbaycan’ın Aliyev öncülüğünde gerçekleştirdiği ekonomik performans, ülkenin altyapı ve imkânları düşünüldüğünde kaçınılmaz olarak ortaya çıkabilecek bir gelişmedir. Aliyev’i bu denklemde önemli hale getiren “karizmatik kişiliği” ve uluslar arası dengeleri okuyabilme yeteneğine sahip olmasıdır. Bu bağlamda ülkenin en önemli uluslar arası sorunu olan Karabağ’ın statüsü de son zamanlarda daha sıkça konuşulur olmuştur. Bu çerçevede Azerbaycan’ın uluslar arası ekonomik ve politik geleceği Azerbaycanlıların dünya kamuoyunu, müttefik ülkelerin güçlerini yanlarına alarak kullanabilmelerine bağlı olarak ortaya çıkacaktır. Sonuç ne olursa olsun, Haydar Aliyev ülkesinin uluslar arası sisteme entegrasyonunda kilit bir simge olarak, vefatından sonra da varlığını sürdürecektir(Dikkaya 2009).

Azerbaycan şu anda Kafkaslarda ekonomik ve siyasi açıdan en istikrarlı ülke konumundadır ve bu durum, ülkenin yatırım ortamını da olumlu şekilde etkilemekte ve Türk iş çevrelerine önemli imkânlar sunmaktadır. Haydar Aliyev zamanında başlatılan ve 2003 yılında Cumhurbaşkanlığı görevine gelen İlham Aliyev ile devam eden reformlar sayesinde ülke yabancı sermaye için kısa dönemde daha fazla ümit vaat eden, büyük bir pazar niteliği kazanmıştır(Hale, 2002; 30-51: Hasanov, 2007; 81-85).




оставить комментарий
страница12/48
Дата02.10.2011
Размер9,7 Mb.
ТипДокументы, Образовательные материалы
Добавить документ в свой блог или на сайт

страницы: 1   ...   8   9   10   11   12   13   14   15   ...   48
отлично
  3
Ваша оценка:
Разместите кнопку на своём сайте или блоге:
rudocs.exdat.com

База данных защищена авторским правом ©exdat 2000-2014
При копировании материала укажите ссылку
обратиться к администрации
Анализ
Справочники
Сценарии
Рефераты
Курсовые работы
Авторефераты
Программы
Методички
Документы
Понятия

опубликовать
Документы

Рейтинг@Mail.ru
наверх